BAKI, 11 noyabr. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiyaya iki günlük dövlət səfərinə başlayıb. Səfər çərçivəsində o, Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.
Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlarda Rusiya-Qazaxıstan münasibətlərinin inkişafı, strateji tərəfdaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşdirilməsi, həmçinin siyasi, ticarət-iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Tərəflər həmçinin regional və qlobal gündəmdəki əsas məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd olunur ki, Putin və Tokayev videobağlantı formatında Qazaxıstanın Oral (Uralsk) şəhərində keçiriləcək XXI Rusiya–Qazaxıstan Regionlararası Əməkdaşlıq Forumunun plenar iclasının iştirakçılarına müraciət edəcəklər. Səfərin sonunda iki ölkə arasında mühüm ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.