AZ

Misirli alim yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında danışıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Qahirə, 11 noyabr, AZƏRTAC

Misirli professor Xalid Azb “Mədəniyyət və kitablar” adlı yutub kanalında Azərbaycan Milli Xalça Muzeyi haqqında maraqlı videoçarx yayımlayıb.

AZƏRTAC xəbər verir ki, misirli alim videoçarxda dünyada ilk xalça muzeyi sayılan Azərbaycan Xalça Muzeyinin təsis edilməsi tarixindən danışır. Bildirir ki, orijinal üslubda inşa olunan muzey binası bükülmüş xalçanı xatırladır. Muzeydə xalça və xalça məmulatları, metal məmulatlar, parça, geyim və tikmə, keramika, şüşə, ağac, kağız, zərgərlik əşyaları, kitablar, fotoşəkillərdən ibarət nadir kolleksiya mühafizə olunur.

Misirdə fəaliyyət göstərən “Halqa” fondunun Memarlıq Evinin direktoru professor Xalid Azb AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib ki, Azərbaycanın zəngin mədəniyyətinə və tarixinə maraq göstərir, kanalında ölkəmizin mədəniyyət və tarixi məkanları barədə silsilə verilişlər yayımlayır. Hazırda Azərbaycan şairi Nizami Gəncəvi və onun əsərlərinə çəkilmiş miniatürlər haqqında tədbirlər keçirməyə və mühazirələr təqdim etməyə hazırlaşır.

Qeyd edək ki, Xalid Azb islam mədəniyyəti və memarlığı sahəsində tanınmış alimdir. Ərəb xətti, islam memarlığı haqqında bir neçə kitabın müəllifidir.

Videoçarxa bu linkdən baxmaq olar: https://youtu.be/1Hsg5rx8fmo?si=gUlqOaTwfOpQoCcI

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
2
azertag.az

3Mənbələr