Robert Levandovski karyerasını bitirə bilər.
Offsideplus.az xəbər verir ki, Levandovski “Barselona”dan ayrılsa, cəzbədici təklif almadığı təqdirdə futboldan gedə bilər.
Təcrübəli hücumçu və ailəsi Barselonadakı həyatlarından çox razıdır və pul naminə Səudiyyə Ərəbistanı kimi uzaq liqalara köçmək istəmirlər.
Levandovskinin əsas istəyi “Barselona”da qalmaqdır. O, klubda qalacağı halda daha az oynamağa və komanda daxilində kiçik rola belə razıdır.