AZ

“Poliqon” jurnalına PIMEC-2025 beynəlxalq sərgisində iştirak sertifikatı təqdim olundu

Pakistanın Karaçi şəhərində keçirilən PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransında Azərbaycanı təmsil edən “Poliqon” hərbi-texnoloji jurnalına sərgidə fəal iştirakına görə rəsmi iştirak sertifikatı təqdim olunub.

Tədbir çərçivəsində “Poliqon” jurnalının stendi yerli və xarici nümayəndə heyətləri tərəfindən böyük maraqla qarşılanıb. Jurnalın nümayəndələri sərgi günlərində müxtəlif ölkələrin hərbi-sənaye müəssisələrinin, eləcə də müdafiə texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşlər keçirib, bir sıra gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Sertifikatın təqdim olunması “Poliqon” jurnalının PIMEC-2025 sərgisində informasiya və media tərəfdaşı kimi oynadığı fəal rola görə təşəkkür məqsədi daşıyır.

PIMEC-2025 sərgisində 28-i xarici və 150-si yerli olmaqla, ümumilikdə 178 şirkət iştirak edib. Sərgidə həmçinin 44 ölkədən 133 beynəlxalq nümayəndə heyəti iştirak edib. Bunların arasında Böyük Britaniya, İtaliya, İran, Türkiyə, Azərbaycan, Səudiyyə Ərəbistanı, Avstraliya, Misir, Çin və digər ölkələr var.

Azərbaycandan “POLİQON JURNALI” media qrupu PIMEC-2025 Beynəlxalq Dəniz Sərgisi və Konfransının rəsmi media partnyoru qismində çıxış edib. Azərbaycandan yeganə nümayəndə kimi, “POLİQON JURNALI” media qrupu PIMEC-2025-də stendlə (Zal 5, Stend E21) təmsil olunub.

“Poliqon” jurnalının beynəlxalq tədbirlərdə iştirakı Azərbaycanın hərbi-sənaye potensialının və milli mətbuatının regionda tanıdılması istiqamətində mühüm addımlardan biridir.

Seçilən
30
poliqon.az

1Mənbələr