AZ

Çin 2026-cı ildə ilk sərnişin hava gəmisini səmaya qaldıracaq

Musavat.com xəbər verir ki, Çin aerokosmos sənayesi 2026-cı ildə yeni mərhələyə qədəm qoyur.

Forması və rəngi səbəbindən “göy beluhası” adlandırılan Xiangyun AS700 ölkədə uçuşa yararlılıq üzrə milli standartlara əsasən hazırlanmış ilk sərnişin hava gəmisidir.

Yeni aparatın texniki göstəriciləri belədir:

Uzunluğu: 50 metr

Uçuş məsafəsi: 700 km

Tutumu: 10 sərnişinədək

Uçuş hündürlüyü: 100–300 metr

Rəsmi məlumatlara görə, Xiangyun AS700 turizm uçuşlarında, xilasetmə əməliyyatlarında və reklam məqsədləri üçün istifadə ediləcək. Çin rəsmiləri hesab edirlər ki, bu layihə ölkənin aşağıhündürlüklü aviaturizm bazarında “yeni göy pəncərəsi” açacaq. 

 

Musavat.com

Seçilən
4
20
musavat.com

10Mənbələr