BAKI, 11 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hindistana enerji daşıyıcılarının ixracını artırmaq niyyətində olduğunu bildirib.
Teleqraf xəbər verir ki, dövlət başçısı bu barədə Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə və eyni zamanda ABŞ-nun Hindistandakı səfiri təyin edilən Serco Qoranın andiçmə mərasimində danışıb.
Tramp Hindistanı “ABŞ üçün mühüm iqtisadi və strateji tərəfdaş” adlandırıb.
“Səfir kimi Serco ABŞ ilə Hindistan arasında əlaqələrin möhkəmlənməsi, sənaye və texnologiya sahələrində investisiyaların artırılması, Amerika enerji resurslarının ixracının genişləndirilməsi və təhlükəsizlik əməkdaşlığının inkişafı üzərində çalışacaq”, - Tramp deyib.
ABŞ lideri həmçinin bildirib ki, iki ölkə arasında yeni ticarət sazişi hazırlanır.
“Biz Hindistanla yeni bir razılaşma üzərində işləyirik. Bu, keçmişdəki müqavilədən tamamilə fərqli olacaq. Bu, ədalətli bir razılaşma olacaq”, - o qeyd edib.