AZ

Tramp: “Əl Şaraa güclü liderdir, o, Suriyanı uğurlu edə bilər” - VİDEO

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüş zamanı Suriya lideri Əhməd Əl Şaraa haqqında fikirlərini bölüşüb.

Tramp bildirib ki, Əl Şaraa “çox mürəkkəb yerdən gələn, amma özü də mürəkkəb və güclü şəxsiyyətə malik” bir liderdir:

“O mənə xoş təsir bağışladı, yaxşı yola gedirik. Biz Suriyanın uğurlu olması üçün əlimizdən gələni edəcəyik, çünki bu ölkə Yaxın Şərqin bir hissəsidir. Hazırda Yaxın Şərqdə uzun illərdən sonra ilk dəfədir ki, sülh var”. 

ABŞ prezidenti əlavə edib ki, Əl Şaraa-nın çətin keçmişi onun uğur qazanmasında mühüm rol oynayıb:

“Deyirlər, onun mürəkkəb keçmişi var, amma əgər o keçmiş olmasaydı, indiki nailiyyətlərinə çata bilməzdi”. 

 

Musavat.com

Seçilən
24
musavat.com

1Mənbələr