AZ

İsraildə terrorçular üçün ölüm cəzası qanunu ilkin mərhələdə təsdiqləndi

BAKI, 11 noyabr TELEQRAF

İsrail Knesseti (parlament) terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin dövlət radio və televiziyası "Kan" məlumat yayıb.

Məlumata görə, qanun layihəsinin lehinə 120 deputatdan 39-u, əleyhinə isə 16 deputat səs verib. Müzakirələr zamanı Ərəb icmasının maraqlarını təmsil edən HADAŞ-TAAL blokunun deputatı Ayman Ode ilə milli təhlükəsizlik naziri, "Yəhudi Gücü" partiyasının lideri İtamar Ben-Qvir arasında gərgin mübahisə yaranıb və bu, demək olar ki, dava ilə nəticələnəcəkdi.

Layihənin müəllifi, hakim koalisiyaya daxil olan “Yəhudi Gücü” partiyasının deputatı Limor Son Xar-Melexdir. "The Jerusalem Post" yazır ki, sənəd “irqi nifrət və ya müəyyən əhali qrupuna qarşı düşmənçilik zəminində israilli vətəndaşın ölümünə səbəb olan şəxslərə ölüm cəzasının tətbiqini” nəzərdə tutur.
Qeyd edək ki, Knesset bu qanun layihəsini ilk dəfə 2023-cü ilin martında ilkin mərhələdə təsdiqləmişdi.

Seçilən
23
teleqraf.com

1Mənbələr