AZ

Yannik Sinner ATP Yekun çempionatına qələbə ilə başlayıb

ain.az, Idman.biz saytına istinadən bildirir.

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası, italyan tennisçi Yannik Sinner 2025-ci il ATP Yekun çempionatının qrup mərhələsi görüşündə kanadalı Feliks Oje-Alyassimi (səkkizinci raketka) 7-5, 6-1 hesabları ilə məğlub edib.

İdman.Biz bildirir ki, görüş 1 saat 40 dəqiqə davam edib.

ATP Yekun çempionatı 9-16 noyabr tarixləri arasında keçirilir. Yannik Sinner turnirin hazırkı qalibidir. O, ötənilki finalda amerikalı Teylor Fritzi məğlub edib.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
icma.az

2Mənbələr