AZ

Azərbaycanlı gənclər Ankarada Qarabağ Zəfərinin 5 illiyini qeyd ediblər

Bakı. Trend:

Ankarada BUTA Gənclərin Həmrəyliyi Dərnəyi və Azərbaycan TələbəBirliyinin təşkilatçılığı, Türkiyə Respublikasının XaricdəkiTürklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ev sahibliyi ilə 8Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumatagörə, tədbirdə şəhidlərimizin əziz xatirəsi ehtiramla anılıb, ikiqardaş ölkənin Dövlət himnləri səsləndirilib.

Azərbaycan Tələbə Birliyinin sədri Elçin Cəfərli, YTB-nin Ankaraofisinin koordinatoru Muhammet Ağar, Türkiyənin Azərbaycandakısabiq səfiri Hulusi Kılıç, sabiq hərbi attaşe, general-mayor YücelKarauz və Buta Gənclərin Dayanışma Dərnəyinin sədri Tural Qafarlıtədbirdə çıxış ediblər. Natiqlər Azərbaycan və Türkiyə arasındaqardaşlıq və birliyin sarsılmazlığını bir daha vurğulayıblar.

Zəfər bayramı çərçivəsində yaradılan Azərbaycan guşəsindəqonaqlar ölkəmizin mədəni irsi və Qarabağ Zəfərinin rəmzləri ilətanış olublar.

Daha sonra tədbir bədii hissə ilə davam edib. AzərbaycanınTürkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan MədəniyyətMərkəzinin “Zəngəzur” Xalq Rəqsləri Ansamblı “Uzundərə” və “Nazeləmə” rəqslərini təqdim edib. “Xudayar” təsnifi “Qarabağ”mahnıları səsləndirilib.

Sonda Azərbaycan Tələbə Birliyinin sədri Elçin Cəfərli YTBnümayəndəsinə “Qarabağ Azərbaycandır!” yazılı xalça hədiyyəedib.

Seçilən
19
1
az.trend.az

2Mənbələr