Türkiyənin xarici işlər naziri Hakan Fidan Ağ Evdə Suriya və ABŞ prezidentləri - Əhməd Əl Şaraa və Donald Tramp arasında keçirilən görüşdə iştirak edib.
Publika.az xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Fidan prezidentlərin görüşünün bir hissəsində iştiraka dəvət olunub və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trampa səmimi salamlarını, xoş arzularını çatdırıb.
Qeyd edək ki, Fidan suriyalı həmkarı Əsəd Əl-Şeybani və ABŞ-nin dövlət katibi Marko Rubio ilə üçtərəfli görüş keçirib. Onlar üç ölkənin əlaqələrinin perspektivlərini və əməkdaşlığın daha da dərinləşməsini müzakirə ediblər.