AZ

İspaniya tarixində ilk: Yepiskop pedofiliyada şübhəli bilindi

Vatikanda Kadis və Seuta yeparxiyasının ispan başçısı Rafael Sornosa tərəfindən yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq şübhəsi ilə bağlı daxili araşdırma başladılıb.
 
Bu barədə "El País" qəzeti yazır.
 
İlkin məlumata görə, söhbət 1990-cı illərdə baş vermiş hadisələrdən gedir. O dövrdə Sornosa Xetafedə adi keşiş olub və seminariyaya rəhbərlik edib. Nəşrin məlumatına görə, onun qurbanı cari ilin yayında dikasteriyaya müraciət edib.
 
Qeyd olunur ki, İspaniya tarixində ilk dəfə olaraq kilsə yetkinlik yaşına çatmayan şəxsə qarşı yepiskopun zorakılıq etməsi şübhəsi ilə araşdırmaya başlayıb. /Oxu.az/
 
Seçilən
23
1
moderator.az

2Mənbələr