AZ

“Vəfanın mayası batıb, ona görə də məni məhkəməyə verib ki...” - Afət Fərmanqızından Vəfaya İTTİHAMLAR + ÖZƏL

“3 ildir eşidirəm ki, axtarışa verilmişəm. Böyük sənətkarımız, xalq artistimiz Flora Kərimova ilə məhkəmə vaxtında da qalaq-qalaq bu tipli yazılar yazdırırdılar. Burdan bəyan edirəm, Azərbaycana gedib-gələndə 10 min dollar pulum çıxır və vaxtım gedir. Hələ yorğunluğumu demirəm. O pulu mən Rusiyada qazanıram. Həmin pulu verən olsa mən bu dəqiqə gələrəm. Gecə ilə gələrəm. Boş söhbətdir. Mən vətənimə istədiyim vaxt gəlib, istədiyim vaxt gedirəm. Kimsə məni aparıb 2 gündən bir harasa şikayət edəcəksə, qaçıb getməli deyiləm ki. Qanun var, qayda var. Məni məhkəmə həbssiz axtarış verib. Yəni, Afətə deyin məhkəməyə gəlsin. Mən də gələcəm. Demirəm ki, gəlmirəm”.
 
Bunu müğənni Afət Fərmanqızı Moderator.az-a açıqlamasında bildirib.
O həmkarı Vəfa Şərifovanın ünvanına bəzi ifadələr işlədib:
 
“Vəfadır da. Vəkilə və müəyyən yerlərə xərci çıxıb. Maya batıb, dəli olub efirə çıxıb mənim adımı çəkir. Ona yəqin səhv başa salıblar ki, belə edəcəyik, elə edəcəyik. Bu işlər də elə-belə olmur axı. Pulu əziyyətlə qazanır, yollarda, çöllərdədir. Maya batdığı üçün bərk əsəbləşir və iki gündən bir efirdə məndən danışır. Maya da bundan ibarətdir ki, onun vəkili Bakıdan-Tovuza gedir-gəlir. Bu elə-belə iş deyil ki. Xüsusi bahalı işdir. Hər vəkil o işə çıxmır. Çıxanlar da çox baha qiymət deyir. Mülkü məsələ ucuzdur, amma xüsusi ittiham işləri bahalıdır. Məsafə də uzaq olanda qiymət 3 qat artıq olur. Bu qədər xərc çəkir vəkilinə, vəkil də bir iş görə bilmir. Çıxıb efirdə həm reklam tuturlar, həm də yana-yana məndən danışırlar. Mən də taksi əvəzinə təyyarələrdəyəm. Həm xalq mənə dəyər verir, həm də pulumu qazanıram. El dilində desək “Xədicə bəzəkdə qaldı”. Vəfa da deyir ki, “Afət gələ bilmir”. Çox hörmət etdiyim, böyük sənətkarımız Flora xanım Kərimova ilə məhkəmə qalmaqalım olanda da bunlar yazılırdı. Sonda mənə lazım olan vaxtı gedib övladımın toyunu da etdim, məhkəmdə qalib də olub gəldim. Məhkəmədə qalib olandan sonra Flora xanımdan üzrxahlıq da etdim. Ana da bala ilə dalaşır, nə olar ki? Vəfa Flora xanımın yanından yel olub ötüb keçə bilməz. Heç müqayisə olunası deyil. Vəfa mənim üçün kiçik bir zərrədir. Ona görə də efirdə nəsə danışmalıdır da. Gah Şəbnəmə, gah Ülviyyə Namazovaya, gah Türkana, gah Zeynəbə, gah Pünhana, gah Afətə, gah Ayselə, gah da Arzuxanıma söz atır. Demək olar ki, bu adamın şou-biznesin 50 faizi ilə problemi var. Mənim isə 2 nəfərlə söz-söhbətim oldu. Özləri mənə sataşmaq istədilər. Mən də çaşanı aşırdıb qoyuram ora” deyə müğənni bildirib.
 
Afət Fərmanqızı bildirib ki, Vəfa Şərifova ilə bir mahnıya görə münasibətləri pozulub.
Seçilən
48
1
moderator.az

2Mənbələr