AZ

ABŞ bir sıra ölkələrə qarşı tarifləri artıracaq

ABŞ bir neçə ölkəyə idxal tariflərini artırmaq niyyətindədir. Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ABŞ-ın İsveçrə ilə əvvəllər tətbiq edilmiş 39 faizlik tarifini azaltmaq üçün işlədiyini təsdiqləyib. Lakin Tramp Bloomberg-in ABŞ-ın İsveçrəyə tarif dərəcəsinin 15 faiz olacağı barədə məlumatlarını faktiki olaraq təkzib edib: "Xeyr, mən heç bir rəqəm müəyyən etməmişəm. Amma biz İsveçrəyə kömək etmək üçün bir şey üzərində işləyəcəyik. Biz İsveçrəyə çox ağır zərbə vurduq. Biz onların (tarif dərəcələrinə düzəlişlər – red.) üzərində işləyirik. Həmçinin bəzi digərləri üzərində də işləyirik. Və biz onları bir az artırmaq üçün digərləri üzərində işləyirik". O, hansı ölkələrin ABŞ idxal tariflərində daha da artımlarla üzləşə biləcəyini dəqiqləşdirməyib.

Tramp həmçinin ABŞ hökumətinin tarifləri artırdıqdan sonra topladığı vəsaitin bir hissəsini milli borcu ödəmək üçün istifadə edəcəyinə söz verib: "Biz milli borcumuzu azaldacağıq; bu, milli təhlükəsizlik məsələsidir".

Bundan əlavə, prezident bir daha ABŞ Ali Məhkəməsinin dövlət başçısının idxal tarifləri tətbiq etmək səlahiyyətini kəskin şəkildə məhdudlaşdıracağı təqdirdə ölkənin "iqtisadi fəlakət, milli təhlükəsizlik fəlakəti" ilə üzləşəcəyi fikrini ifadə etdi.

Daha əvvəl o, özünün Truth Social səhifəsində yazıb ki, ABŞ Ali Məhkəməsi onun idxal tarifləri tətbiq etmək səlahiyyətini məhdudlaşdıracağı təqdirdə ABŞ administrasiyası xarici hökumətlərə 2 trilyon dollardan çox pul qaytarmalı olacaq.

Musavat.com

Seçilən
28
musavat.com

1Mənbələr