AZ

Paşinyan Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etmir

BAKI, 11 noyabr. TELEQRAF

“Təxminən bir il əvvəl Nikol Paşinyan Ermənistanın Azərbaycandan qaz idxal edə biləcəyini istisna etmirdi".

Teleqraf xəbər verir ki, bu fikirlər Ermənistanın "Fakt" qəzetində dərc edilən məqalədə yer alıb.

Nəşr bildirir ki, hazırda Ermənistan qazı Rusiya və İrandan alır və bu, bizə qaz istehlakımızı tam təmin etməyə imkan verir:

"Heç kimə sirr deyil ki, Ermənistan Rusiya qazını qlobal enerji bazarında olmayan olduqca aşağı qiymətlərlə alır. Ermənistan Rusiya qazının tədarük imkanlarına görə Belarusdan sonra ikinci yerdədir. Üstəlik, ekspert qiymətləndirmələrinə görə, Ermənistan Rusiya qazından daha aşağı qiymət təklif edə biləcək alternativ qaz təchizatı mənbələri tapmır. Hazırda Ermənistan sərhədində Rusiya qazının qiyməti min kubmetr üçün 165 dollardır. Bu gün qlobal bazarda belə qiymət sadəcə mövcud deyil. Daha aydın olması üçün qeyd edək ki, 2025-ci ilin noyabrında Avropa qaz “bazarında” min kubmetrin qiyməti təxminən 400 dollar təşkil edir. Yəni Ermənistanın Rusiyadan qaz aldığı qiymətdən 2,4 dəfə bahadır"

Nəşr hesab edir ki, Ermənistan Rusiya qazından imtina etsə, Azərbaycan qazından asılı olacaq və Azərbaycan da öz növbəsində istənilən vaxt qazı kəsə bilər.

Seçilən
15
teleqraf.com

1Mənbələr