BAKI, 11 noyabr. TELEQRAF
Ukraynaya silah tədarükü artıq NATO vasitəsilə həyata keçirilir.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
"Biz artıq Kiyevə silah üçün pul xərcləmirik. Ukraynaya silah tədarükü artıq NATO vasitəsilə həyata keçirilir", - o qeyd edib.
Xatırladaq ki, iyulun 14-də Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşü zamanı ABŞ və Şimali Atlantika Alyansının Ukraynaya Amerika istehsalı olan silahların tədarükünü Avropa ölkələrinin hesabına həyata keçirmək barədə razılığa gəldiyini açıqlamışdı.