AZ

Yer insan fəaliyyətinin toplanmış enerjisini hiss edir və...” AĞLASIĞMAZ ARAŞDIRMA

ain.az, Moderator.az saytına istinadən bildirir.

“Ən çox zəlzələ, daşqın, fırtına, qasırğa və s. sosial və siyasi rifahın ən aşağı səviyyədə olduğu yerlərdə baş verir...”

Moderator.az tanınmış psixoloq-məsləhətçi, transaksiya təhlili istiqamətində təlimçi (şəxsi inkişaf təlimlərinin rəhbəri), Almatı Transaksiya Analizi Assosiasiyasının üzvü Asya Qagiyevanın “Düşünənlər üçün əlamətlər: Yer kürəsinin insan hərəkətlərinə reaksiyası...” başlıqlı növbəti qeyri-adi araşdırma yazısının tərcüməsini təqdim edir: 

(I yazı:burada: ) 

II YAZI

“Qurani-Kərimdə Uca Allah buyurur: 

“Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər.” (“Əş-Şura”(“Nəsihət”) surəsi, 30-cu ayə). 

Başqa bir ayədə isə belə deyilir: 

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar.” (“Ər-Rum”(“Rumlar”) surəsi, 41-ci ayə).

Sibir Elmi Tədqiqat İnstitutunun  Mineral Ehtiyatlar İnstitutundan bir qrup alim araşdırma və müşahidələr nəticəsində sosial çevrilişlərlə təbii fəlakətlər arasında qəti bir əlaqənin olduğu qənaətinə gəliblər. Onlar iddia edirlər ki, dağıdıcı proseslərin katalizatoru çox vaxt böyük kütlələr arasında mənfi enerjinin artmasıdır. Səthindəki hadisələrə həssas olan Yer kürəsi təbii fəlakətlərlə "cavab verir". Amma yalnız müəyyən şərtlər daxilində. Bu, sadəcə "sosial fəlakət - təbii fəlakət" ssenarisi deyil; Yer kürəsi insanlar tərəfindən planlaşdırılan və düşünülmüş hərəkətlərə "cavab verir"...

Bu mövzunu araşdıran bir qrup alimə rəhbərlik edən Yanitski fəlakətlərin məna kəsb etdiyini iddia edir - onlar xəbərdarlıq rolunu oynayır və daha qlobal cinayətlərin qarşısını almaq üçün baş verir. O, məsələn, Çernobıl fəlakətinin bir növ xəbərdarlıq olduğunu düşünür. İnsanları nüvə silahlarının, nüvə elektrik stansiyalarının təhlükəsizliyi və nüvə müharibəsinin mümkün nəticələri barədə düşünməyə vadar etmək üçün...

Bir çox alim insan fəaliyyəti ilə təbii fəlakətlər arasındakı qarşılıqlı əlaqəni qeyd edir. Onlar sosial, siyasi və milli münaqişələrin noosferdə və Yer kürəsinin fiziki bədənində gərginliyin artmasına səbəb olduğuna inanırlar. Və onların müşahidələrinə görə, ən çox zəlzələ, daşqın, fırtına, qasırğa və s. sosial və siyasi rifahın ən aşağı səviyyədə olduğu yerlərdə baş verir. Sanki Yer insan fəaliyyətinin toplanmış  enerjisini hiss edir və buna uyğun olaraq reaksiya verir.

Professor Q. Kuznetsovun yazdığı kimi: "Planetin müəyyən hissələri, atmosferi və hidrosferi sivilizasiyanın tullantı məhsulları ilə zəhərləndikdə və ya bitki örtüyü məhv edildikdə, Yer kürəsi özünü təhlükəli olan canlılardan "təmizləməyə" başlayır. Və  adətən, bunu təbii fəlakətlər vasitəsilə edir."

Beləliklə, elm bir daha Quran mesajını qəbul etmək məcburiyyətində qalır: yer üzündə və quruda fəlakətlər insanların pisliyi üzündən baş verir və onların sonda onları tamamilə məhv edə biləcək şeyləri etmələrinin qarşısını almaq məqsədi daşıyır. Və qəribədir ki, bu dəhşətli görünən hadisələr Yaradanın mərhəmətini ortaya qoyur və daha dəhşətli nəticələrə qarşı xəbərdarlıq edir...”

Tərcümə və təqdim etdi:

Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
moderator.az

2Mənbələr