Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti PHŞ təmir işlərinin satın alınması üzrə 2,4 milyon manatlıq müqavilə imzalayıb.
FED.az xəbər verir ki, satınalma “Bir mənbə” metodu ilə həyata keçirilib.
Satınalamda Xocavənd rayonunun Qarqar kəndində fərdi yaşayış evlərinin (40 ev – 6 min 732 kvadratmetr) təmiri nəzərdə tutulur.
Layihənin icrası üçün müqavilə “RTS-Tikinti-Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1805604231) ilə bağlanıb. Müqavilənin ümumi məbləği 2 milyon 356 min 200 manat 81 qəpik təşkil edir.
10 manat nizamnamə kapitalına malik olan “RTS-Tikinti-Təmir” 15 noyabr 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tənifəyev Adəm Ələsgər oğludur. Hüquqi ünvanı Az1021, Bakı Şəhəri Səbail Rayonu, Badamdar Ştq, Rafiq İsgəndərov (Badamdar Qəs.), ev.4A, m.60A ünvanıdır.