AZ

İsraildə daha bir İran casusu saxlanılıb

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Free Iran Telegram kanalı yayıb, saxlanılan şəxs xarici agentlə əməkdaşlıqda və iranlılar üçün tapşırıqlar yerinə yetirməkdə ittiham olunur. İstintaq zamanı müəyyən edilib ki, o, sosial media vasitəsilə İran qurumları ilə əlaqə saxlayıb və maddi mükafat qarşılığında müxtəlif tapşırıqlar yerinə yetirib. Şübhəlinin əsas vəzifələri arasında Tel-Əviv Muzeyinin, “Abramoviç Bağı”nın və şəhər küçələrindən birinə raket düşən ərazinin fotoşəkillərini çəkmək də olub. İstintaqa əsasən, görülən işlərin qarşılığında pul vəsaitləri saxlanılan şəxsə kriptovalyuta vasitəsilə rəqəmsal cüzdanlara köçürülüb.

 

Seçilən
55
Ajans.az

1Mənbələr