AZ

Belçikada Donald Trampın adı ilə yeni sağçı TRUMP partiyası yaradılıb


Belçikada ABŞ-ın keçmiş prezidenti Donald Trampın adını daşıyan yeni sağçı, fransızdilli TRUMP partiyası yaradılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yerli BRUZZ nəşri məlumat yayıb.
Yeni siyasi qurumun ideologiyası ABŞ lideri Donald Trampın siyasi baxışlarına əsaslanır. Partiyanın təsisçisi, Belçika Milli Cəbhəsinin (NF) keçmiş rəhbəri Salvatore Nikotra bildirib ki, TRUMP adı “Tous Réunis pour l'Union des Mouvements Populistes” – “Bütün Populist Hərəkatlar İttifaqı üçün Birləşmişlər” ifadəsinin abbreviaturasını təşkil edir.
Nikotra partiyanın imicinin birbaşa Donald Trampın şəxsiyyəti ilə əlaqəli olduğunu vurğulayıb: “Donald Tramp populizmin əsas simvoludur. O, bizim müdafiə etdiyimiz ideyaları dərhal təcəssüm etdirir”.
Yeni qurum özünü “sosial meylli sağçı populist partiya” kimi təqdim edir və federal seçkilərdə, həmçinin 2029-cu ildə Avropa Parlamenti seçkilərində iştirak etməyi planlaşdırır. Fəaliyyət istiqaməti baxımından TRUMP partiyası, ölkənin bölünməsini dəstəkləyən ən böyük ifrat sağçı qüvvə olan Vlaams Belanqdan fərqlənir.
Partiyanın təsisçiləri arasında, daha əvvəl faşizmi təriflədiyinə görə Vlaams Belanqdan uzaqlaşdırılmış Emanuele Licari də daxil olmaqla bir neçə keçmiş NF üzvü yer alır.
Salvatore Nikotra 1994–2000-ci illərdə Brüsselin Sen-Gilles rayonunda bələdiyyə müşaviri olub və gələcəkdə paytaxtda və ya yerli səviyyədə seçkilərə qatılma ehtimalını da istisna etmir.
Seçilən
51
1
yeniavaz.com

2Mənbələr