Təqdim olunan yeni "Upscale-LoRA" modeli "Qwen-Image-Edit-2509" əsasında qurulub, köhnə və ya aşağı keyfiyyətli şəkillərin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq üçün nəzərdə tutulub.
Model aşağıdakı funksiyaları təmin edir:
1. Detalların bərpası - Pozulmuş və ya itmiş təfərrüatı effektiv şəkildə bərpa edir;
2. Kəskinliyin artırılması - Görüntülərin təbii kəskinliyini qoruyaraq yaxşılaşdırır;
3. Səs-küyün aradan qaldırılması - Şəkillərdəki səs-küyü effektiv şəkildə azaldır;
4. JPEG artefaktlarının təmizlənməsi - Sıxılma zamanı yaranan artefaktları aradan qaldırır.
Əsas tətbiq sahələri isə aşağldakılardır:
- Arxiv şəkillərinin bərpası;
- Ekran görüntülərinin keyfiyyətinin yaxşılaşdırılması;
- Aşağı ölçülü şəkillərin genişləndirilməsi;
- Köhnə fotoşəkillərin müasirləşdirilməsi.
Model özünün elastik quruluşu sayəsində şəkillərin təbii görünüşünü qoruyaraq, onları daha kəskin və detallı hala gətirir. Hazırda "Hugging Face" platformasında test və istifadə üçün əlçatandır.
Oxu.az