AZ

Ermənistan sərhəd qoşunlarına yeni komandan təyin edildi

Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Sərhəd Qoşunlarının yeni komandanı vəzifəsinə Qarik Muradyan təyin edilib.

Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bununla bağlı ölkə Prezidenti Vaqn Xaçaturyan müvafiq fərman imzalayıb.

Sənəddə qeyd olunub ki, təyinat barədə qərar Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifi əsasında qəbul edilib.

Ermənistan MTX Sərhəd Qoşunlarının əvvəlki komandanı Edqar Unanyan 2025-ci ilin sentyabrında vəzifəsindən azad edilmişdi.

Seçilən
15
1
xezerxeber.az

4Mənbələr