AZ

Son dəqiqə: Pambıqla dolu yük maşını aşdı, Bakı-Qazax yolu bağlandı

Ucarda hərəkətdə olan yük maşını anidən aşıb.

NOCOMMENT.az -ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Yevlax rayon sakini, 64 yaşlı Şahin Hüseynovun idarə etdiyi pambıqla yüklənmiş “KamAZ” markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb.

Qəza zamanı Bakl-Qazax yolunun bir hissəsi qismən bağlanıb və avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb.

Sürücünün sözlərinə görə, hadisəyə maşındakı nasazlıq səbəb olub.

NOCOMMENT.AZ

Seçilən
52
21
nocomment.az

10Mənbələr