AZ

Pambıqla dolu yük avtomobili AŞIB FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Ucarda hərəkətdə olan yük maşını anidən aşıb.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Yevlax rayon sakini, 64 yaşlı Şahin Hüseynov idarə etdiyi pambıqla yüklənmiş "KamAZ" markalı yük maşını ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə yük maşını yoldan çıxaraq aşıb. Qəza zamanı Bakl-Qazax yolunun bir hissəsi qismən bağlanıb və avtomobillərin sərbəst hərəkətində çətinlik yaranıb. Sürücünün sözlərinə görə, hadisəyə maşındaki nasazlıq səbəb olub.Bizim Media, Aran bürosu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
3
bizim.media

4Mənbələr