AZ

Federasiya prezidenti açıqladı: "Matç azarkeşssiz keçiriləcək"

Litva və İsrail milli komandaları arasında yoldaşlıq oyunu Kaunasda azarkeşsiz keçiriləcək.

Sportal.az xəbər verir ki, həmin matç noyabrda 13-də baş tutacaq. Litva Futbol Federasiyasının prezidenti Edqaras Stankeviçyus matçın bu formatda keçirilməsinin daha doğru olduğunu bildirib: 

"Təhlükəsizlik şirkətlərinin nümayəndələri, azarkeşlər və bələdiyyə ilə görüşlərdən sonra azarkeşsiz oynamaq qərarı verildi".

Tribunaya yalnız rəsmi nümayəndə heyətlərinin nümayəndələri buraxılacaq. Oyundan sonra da gücləndirilmiş təhlükəsizlik tədbirləri görüləcək.

Federasiya sədrinin qeyd etdiyi kimi, matçın keçirilməsi ilə bağlı danışıqlar aparılarkən geosiyasi vəziyyət fərqli idi. Heç kim hər hansı bir problemdən şübhələnmirdi: "Bilirik ki, matç günü mitinqlərə icazə verilib. Bayraqlar və plakatlarla insidentlər mümkündür. Federasiyanın pis təbliğata ehtiyacı yoxdur”.

 

saytlarin hazirlanmasi

Seçilən
43
1
sportal.az

2Mənbələr