AZ

Təcrübəsiz qadın polislər səhvən ev sahibini güllələdi - VİDEO

ABŞ-də baş verən hadisə polisin qeyri-kafi təliminin təhlükəli nəticələrini bir daha ortaya qoyub.

Musavat.com xəbər verir ki, iki təcrübəsiz polis məmuru şüşənin sınması barədə məlumat aldıqdan sonra evə gəlib və hadisənin nəzarətdən çıxmasına səbəb olub.

Şüşənin sınması barədə məlumat alan iki təcrübəsiz qadın polis məmuru ev sahibinə atəş açıb. Ev sahibi isə lisenziyalı tapançasından istifadə edərək özünü müdafiə etməyə çalışıb. Təcili yardım qrupları yaralı ev sahibini xəstəxanaya aparıb.

Yaralının vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Şahidlər bildiriblər ki, polis məmurları hadisə yerinə tez gəlsələr də, anlaşılmazlıq və panik səbəbindən vəziyyət nəzarətdən çıxıb. Hadisə ilə bağlı araşdırma başlanıb və polis şöbəsi təcrübəsiz məmurların iş başında təcrübəsizliyinin rolunu araşdırır.

Polis departamenti istintaq başa çatdıqdan sonra rəsmi hesabat yayımlayacağını açıqlayıb.

Musavat.com

Seçilən
36
musavat.com

1Mənbələr