AZ

“Netflix”in qurucusunun 30 illik vərdişi

“Netflix”in həmtəsisçisi Mark Rendolf üçün iş və şəxsi həyat arasında tarazlıq sadəcə ifadə deyil, həyat prinsipidir. AzPost Qaynarinfo-ya istinadla xəbər verir ki, o, 30 ildən artıq müddətdə bir qaydaya əməl edib: hər çərşənbə axşamı saat 17:00-da ofisdən çıxaraq axşamı ən yaxın dostu ilə keçirib.

Sahibkar “LinkedIn”də yazıb ki, peşə həyatı boyu iş və şəxsi həyat arasında tarazlığı qorumağa xüsusi diqqət yetirib. Onun sözlərinə görə, hava necə olur-olsun, saat 17:00-da işini bitirib, dostu ilə ya kinoya gedib, ya şam edib, ya da sadəcə şəhərdə gəzib.

Rendolf bildirir ki, bu qaydanı “Netflix” kimi nəhəng bir şirkətə rəhbərlik etdiyi dövrdə belə pozmayıb. “Heç bir iclas, zəng və ya son dəqiqə məsələsi məni saxlamazdı. Əgər kimin nəsə deməyə ehtiyacı varsa, onu parkinqə gedərkən desin. Hətta böhran varsa, onu 17:00-a qədər həll edirdik”, – deyə o, xatırlayır.

Onun sözlərinə görə, bu ənənə illərlə onu tükənməkdən qoruyub və işinə yeni baxış bucağından yanaşmağa kömək edib.

AzPost.az

Seçilən
25
azpost.info

1Mənbələr