AZ

Suriya İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya ilə əməkdaşlıq bəyannaməsi imzalayıb

Suriya İŞİD terror təşkilatına qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayıb.Bu barədə ölkənin informasiya naziri Həmzə əl-Mustafa Vaşinqtonda Suriya və ABŞ liderləri Əhməd Əl Şaraa və Donald Tramp arasında keçirilən görüşün yekunu barədə danışarkən bildirib.

"Suriya İŞİD-ə qarşı mübarizə aparan beynəlxalq koalisiya ilə siyasi əməkdaşlıq bəyannaməsi imzalayıb, terrorizmə qarşı mübarizədə və regional sabitliyin qorunmasında tərəfdaş kimi rolunu bir daha təsdiqləyib. Saziş siyasi xarakter daşıyır və hazırda hərbi komponentləri əhatə etmir", - o, vurğulayıb.

Əl-Mustafa qeyd edib ki, Suriya Prezidentinin Ağ Evə səfəri Suriya-Amerika münasibətlərində yeni bir fəslin başlanğıcını və ölkənin beynəlxalq arenaya tam qayıtdığını göstərir.

"Prezident Tramp İsrail ilə milli və regional sabitliyin gücləndirilməsinə yönəlmiş mümkün təhlükəsizlik sazişini dəstəklədiyini bildirib və ABŞ rəsmi olaraq Suriyanın Vaşinqtondakı səfirliyinin yenidən açıldığını elan edib", - nazir bildirib.

Seçilən
19
2
anews.az

3Mənbələr