AZ

Kasım-Jomart Tokayev Moskvaya gedir: Hədəflərini açıqladı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, Rusiyaya səfəri zamanı Moskva ilə Astananın hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə çıxmalarına dair bəyannamə imzalanacaq.

Bu barədə Qazaxıstan prezidenti "Rossiyskaya Qazeta" üçün məqaləsində məlumat verib.

Tokayevin Rusiyaya dövlət səfəri noyabrın 11-12-nə nəzərdə tutulub.

"Moskvaya səfərimin geniş gündəliyində əsas məqam Qazaxıstan və Rusiya münasibətlərinin hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə çıxması haqqında bəyannamənin imzalanması olacaq", - deyə o bildirib.

Tokayev vurğulayıb ki, bəyannamə Moskva və Astana arasında misligörünməmiş etimad səviyyəsinin təsdiqi, həmçinin bütün istiqamətlər üzrə daha sıx işləmək üçün birgə hazırlığın sübutu olacaq.
 
 

 
Seçilən
17
7news.az

1Mənbələr