AZ

Həbsxandan 27 məhbusun cəsədi tapıldı - ŞOK GÖRÜNTÜLƏR

Ekvadorun El Oro əyalətindəki həbsxanada 27 məhbusun cəsədi tapılıb.

Musavat.com xəbər verir ki, məhbusların ölüm səbəbinin asfiksiya (oksigen çatışmazlığından boğulma) və ya qarşıdurma nəticəsində baş verməsi ehtimal olunur.

Milli medianın məlumatına görə, Azadlıqdan Məhrum Olmuş Şəxslərə və Cinayətkar Yetkinlik Yaşına Çatmayanlara Qayğı üzrə Milli Xidməti (SNAI) 27 məhbusun ölümünü təsdiqləyib və hadisənin Maçala şəhərindəki həbsxanada baş verdiyini bildirib.

SNAI açıqlayıb ki, prokurorluq məhbusların ölüm səbəbini hərtərəfli araşdırmaq üçün tədqiqat başlayıb.

Ölümlərin asfiksiyadan qaynaqlandığı iddia edilir. Həbsxanalarda tez-tez baş verən dəstə münaqişələri və məhbuslar arasında zorakılıq səbəbindən ölümlərin qarşıdurma nəticəsi ola biləcəyi də nəzərdən keçirilir.

Musavat.com

Seçilən
21
musavat.com

1Mənbələr