AZ

Bir iblisin iki bənzər “əl işi”: Ağdam, Vovçansk…

Ukraynanın Xarkov vilayətinin Çuqev rayonunda bir şəhər var – Vovçansk! Vovçansk Şəhər İcmasının inzibati mərkəzidir. 17 iyul 2020-ci ilə qədər bu, Vovçansk Şəhər Şurasından ibarət ləğv edilmiş Vovçansk rayonunun inzibati mərkəzi idi.

Bəzi insanlar onu Şimali Uraldakı ruslara məxsus Volçansk şəhəri ilə qarışdırırlar. Bu şəhər Seversky Donets çayına axan Volçya çayının üzərində yerləşir və adını da buradan götürüb. Şəhər Ukraynanın digər şəhərləri kimi abad və yaşıllıqlar içərisində olub.

Əhalinin isə 14,43%,8,ukraynalılardan , 3,12% ruslardan, 0,91% ermənilərdən ibarət olub.

2024-cü ildə Rusiya Silahlı Qüvvələrinin Xarkov vilayətinə hücumu nəticəsində şəhər ciddi dağıntılara məruz qaldı, şəhərin 90%-dən çoxu dağıdıldı. Volçansk demək olar ki, yerlə-yeksan edilib, bu səbəbdən Ukrayna Silahlı Qüvvələrinin mövqelər qurması və rusların irəliləməsini dayandırması çətinləşib.

Rusların hazırda adını dəyişdirib Volçansk adlandırdığı bu şəhər Avdeyevka və ya Volnovaxa ilə müqayisə oluna biləcək dərəcədə xarabalığa çevrilib. Şəhərə isə Rusiya qüvvələri hava zərbələri endirməkdən daşı daş üstə qoymayıb.

Ağlıma həmin an doğma Ağdamım gəldi. O da Azərbaycanın ən gözəl şəhərlərindən biri idi. 1987-cı illərə qədər öz inkişaf taleyini yaşamaqla, yaratmaqla məşğul idi. Sonra müharibə ssenarisini yazan Rusiyanın əlində oyunçu olan ermənilərin hücumları başladı.Əslində ermənilər rus qardaşlarını müdaxiləsi, dəstəyi olmasaydı, nəinki Ağdama, heç Azərbaycanın kiçik bir kəndinə hücum etməyə cəsarət etməzdilər.

Yeri gəlmişkən, 1990-cı il yanvarı 1-indən 1992-ci ilin iyununadək Zaqafqaziyada silah anbarlarına 294 dəfə hücum təşkil edilir. Bunun 130-u Ermənistanda, 164-ü Qarabağda qeydə alınır və hamısı ermənilərin payına düşür.

Bu halı Rusiya özü təşkil etməsəydi ermənilər buna cəsarət edə bilərdilərmi?

Rusiyanın Azərbaycan tarixinə öz adını qara hərflərlə yazan 366-cı motoatıcı alayı həm Xocalı, həm də Qaradağlı faciələrində (17.02.1992) iştirak edib. Məhz bu alay sayəsində ermənilər I Qarabağ müharibəsinin ilk illərində böyük uğur əldə etməyi bacarıb. Əslində 1800 nəfər şəxsi heyətə sahib olan alayın tərkibində 1992-ci ilin fevralında 630 hərbçi vardı. 366-cı alay- Tank -13 ədəd; 122 ədəd PDM və ZTR; 16 ədəd 100 mm-dən böyük çaplı artilleriya sistemi ilə Azərbaycana qarşı döyüşüb.

Bundan başqa Rusiyanın 622-ci əlahiddə kimya mübarizəsi taboru, SSRİ Daxili Qoşunlarının 81-ci əməliyyat alayı: 10 ədəd ZTR; 967 ədəd atıcılıq silahı. Hadrutda yerləşən 42-ci sərhəd dəstəsi: 10 ədəd ZTR; 500 atıcılıq silahı ilə, eyni zamanda dövrünün məşhur Pskov desantları Qarabağın altını üstünə çevirdilər. Ağdamı tək ermənilər yox, məhz ruslar xarabalığa çevirdilər. Adını da dəyişib Akna etdilər!Rusiya dövləti əlindən gələn bütün pisliklər son 35 ildə Azərbaycan xalqına etdi.

Zaman keçdi ƏDALƏT yerini tapdı, hazırda Ağdam azaddır, rusların və ermənilərin birgə xarabalığa çevirdiyi torpaqlarımızda hazırda tikinti quruculuq işləri gedir, torpaq da, hava da, su da sanki yenidən nəfəs alır.

Belə möhtəşəm bir günü Vovçansk şəhəri, bütövlükdə bütün Ukrayna üçün arzulayırıq!

Yarandığı, var olduğu gündən dünyanın düzənini pozan, insanların ah-naləsindən zövq alan Rusiya “iblis” adını yüz illərdir haqq edib.

Beləliklə, iblisin iki bənzər “əl işi”ni nə böyük yaradan, nə də o cənnət yurdları xarabalığa çevrilmiş insanlar Putinə – qəsbkar Rusiya dövlətinə bağışlayacaq!

Əntiqə Rəşid

Seçilən
27
nocomment.az

1Mənbələr