AZ

Suriya əməkdaşlıq bəyannaməsi İMZALADI...

Ajans.az xəbər verir ki,bu barədə Suriya xəbər agentliyi SANA məlumat yayıb. Agentliyin məlumatına görə, informasiya naziri Həmzə əl-Mustafa bunu Suriya və ABŞ liderləri Əhməd əl-Şara və Donald Tramp arasında Vaşinqtonda keçirilən görüşün yekunu ilə bağlı açıqlayıb. Nazir bildirib ki, imzalanan bəyannamə terrorizmə qarşı mübarizədə və regional sabitliyin qorunmasında Suriya ilə beynəlxalq koalisiya arasında tərəfdaşlığı təsdiqləyir. O, həmçinin qeyd edib ki, saziş siyasi xarakter daşıyır və hazırda hərbi komponentləri əhatə etmir. Əl-Mustafa vurğulayıb ki, Suriya prezidentinin Ağ Evə səfəri ölkənin ABŞ-la münasibətlərində yeni bir dövrün başlanğıcını və Suriyanın beynəlxalq arenaya tam qayıdışını simvollaşdırır. Nazir əlavə edib ki, Prezident Tramp milli və regional sabitliyin gücləndirilməsinə yönəlmiş İsrail ilə mümkün təhlükəsizlik sazişini dəstəkləyib və ABŞ rəsmi olaraq Suriyanın Vaşinqtondakı səfirliyinin yenidən açıldığını elan edib.

 

Seçilən
23
2
Ajans.az

3Mənbələr