AZ

Qanunsuz cərimə İDDİASI- Boş maşına 600 manatlıq PROTOKOL

Ajans.az xəbər verir ki, Şəmistan Həmidovun idarə etdiyi “ 77EB244” qeydiyyat nişanlı “ MAN TGX 18.440” markalı yük maşınına 600 manat cərimə gəlib.  Vətəndaş qeyd edir ki, bu il noyabr ayının 4-ü boş yük maşını İmişli rayonunun Qaradonlu kəndindən Mincivan istiqamətinə hərəkət edərkən, ona 600 manat məbləğində cərimə yazılıb.  Halbuki, qanunvericilikdə yük maşınlarına müəyyən hallarda cərimə tətbiq edilir. Bu da özünü  “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında göstərir.  Avtomobil nəqliyyatı ilə yük daşımalarını həyata keçirən hüquqi şəxslər və fərdi sahibkarlar, habelə onların mülkiyyətində, istifadəsində və ya icarəsində olan avtonəqliyyat vasitələri barədə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”yə uyğun olaraq “AYNA” informasiya sisteminə daxil edilir.  Daşıyıcı avtomobil yollarına və yol tikililərinə vurulmuş ziyana görə, o cümlədən avtomobil yollarından istifadə qaydalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır. Bu Qaydaların yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Seçilən
12
Ajans.az

1Mənbələr