AZ

Tramp Ərdoğanı təriflədi:" Böyük liderdir"

ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı “böyük və görkəmli lider” adlandırıb və onun Suriyada baş verən hadisələrə dəstəyini vurğulayıb.

“(Suriya Prezidenti Əhməd əş-Şəraa) Türkiyə ilə, görkəmli lider olan Prezident Ərdoğanla çox yaxşı münasibətlərə malikdir. Ərdoğan böyük liderdir və Suriyada baş verənləri tam dəstəkləyir. Biz Suriyada vəziyyəti qaydaya salmalıyıq. Bu, Yaxın Şərqin mühüm hissəsidir”, – Tramp bəyan edib.

Amerika prezidenti həmçinin Suriya lideri barədə də müsbət fikir bildirib:

“Əş-Şəraa çox çətin bir yerdən gəlir və özü də çətin xarakterli, güclü liderdir. O, mənə xoş təsir bağışladı, aramız yaxşıdır. Biz Suriyanın uğurlu olması üçün əlimizdən gələni edəcəyik”.

Trampın sözlərinə görə, Əş-Şəraa ölkəni uğur yoluna çıxarmağa qadirdir:

“Əgər onun mürəkkəb keçmişi olmasaydı, bu qədər nailiyyət qazana bilməzdi”.

ABŞ Prezidenti əlavə edib: “Hazırda Yaxın Şərqdə uzun illərdən sonra ilk dəfə sülh hökm sürür”.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
46
musavat.com

1Mənbələr