AZ

Günəşdə ardıcıl partlayışlar: Geomaqnit fırtınası gözlənilir

Son günlər Günəşdə baş verən bir neçə güclü partlayış Yer kürəsinə təsir edə biləcək geomaqnit fırtınasına səbəb ola bilər. Mütəxəssislər bildirirlər ki, partlayış nəticəsində kosmosa atılan hissəciklərin yaxın günlərdə Yerə çatma ehtimalı yüksəkdir.

Editor.az xəbər verir ki, bu barədə Kosmik hava rəsədxanalarının məlumatında qeyd olunur.

Məlumata əsasən, Günəşin aktiv AR4274 bölgəsində ardıcıl iki böyük X-sinifli günəş partlayışı qeydə alınıb.

Birinci, X1.7 gücündə partlayış noyabrın 9-da baş verib və nəticədə Yerə doğru istiqamətlənən tac kütləsinin atılması (CME) müşahidə olunub.

Bu hadisə 11–12 noyabr tarixlərində Yer maqnit sahəsində pozuntu yaradacağı gözlənilən R3 səviyyəli radio rabitə kəsintisinə səbəb olub.

İkinci, X1.2 gücündə partlayış isə noyabrın 10-da səhər saatlarında baş verib. Mütəxəssislərin sözlərinə görə, bu partlayış da Yer kürəsinə doğru güclü tac kütləsi atılması ilə müşayiət olunub.

Kosmik hava mütəxəssisləri yaxın günlərdə geomaqnit aktivliyinin artacağını və bunun radiodalğalara, naviqasiya sistemlərinə və şimal işıqlarının (aurora) görünməsinə təsir göstərə biləcəyini istisna etmirlər.

//Gülnarə Abasova, Editor.az

Seçilən
38
editor.az

1Mənbələr