AZ

Günəşdə ardıcıl üç partlayış - Yerə təsir edəcək

Günəşdə son günlər ardıcıl üç güclü partlayış qeydə alınıb. Bu partlayışlardan yaranan koronal kütlə axınlarının (CME) Yerə doğru hərəkət etdiyi bildirilir.

Publika.az xəbər verir ki, ABŞ Milli Okean və Atmosfer Administrasiyası (NOAA) 11-12 noyabr üçün isə G2 səviyyəli geomaqnit fırtınası xəbərdarlığı yayıb.

Mütəxəssislər bunun peyk rabitəsi və GPS sistemlərində qısa müddətli pozuntulara səbəb ola biləcəyini, həmçinin şimal işıqlarının daha cənub bölgələrdə görünə biləcəyini qeyd edirlər.

NASA-nın ilkin məlumatlarına görə, CME-lərin Yerə 11-12 noyabr tarixlərində çatacağı gözlənilir. Alimlər Günəşdəki aktivliyin yaxın günlərdə də davam edə biləcəyini vurğulayırlar.

Seçilən
41
publika.az

1Mənbələr