AZ

“Bonus”, “lotereya”, “mükafat qazandınız” - DİN-dən belə mesajlarla bağlı XƏBƏRDARLIQ

“Son dövrlər sosial şəbəkələrdə, messencerlərdə və SMS vasitəsilə göndərilən saxta mesajlar, “bonus”, “lotereya”, “mükafat qazandınız” kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə yönəlmiş cəhdlər var”.

Turkustan.az xəbər verir ki, bu barədə DİN-in müraciətində deyilir.

“Heç bir bank, dövlət qurumu və ya rəsmi platforma vətəndaşlardan kartın PIN kodunu, CVV nömrəsini, kart üzərindəki 16 rəqəmi və ya SMS-lə göndərilən birdəfəlik şifrəni tələb etmir.

Bu cür məlumatların paylaşılması, kart hesabınızda şəxsi vəsaitlərinizin həcmindən asılı olmayaraq oğurlanması ilə nəticələnə bilər.

Şübhəli linklərə daxil olmayın, sayt ünvanının orijinal olduğuna əmin olun, pul köçürülməsi”, “hesabınız dondurulub” və ya “kartınız bloklanıb” kimi panika yaradan mesajlara inanmayın. Əgər bu cür hallarla qarşılaşırsınızsa, dərhal 102 Zəng Mərkəzinə və banka məlumat verin”, DİN-in çağırışında deyilir.

Seçilən
12
38
turkustan.az

10Mənbələr