futbolpress-az saytına istinadən ain.az xəbər verir.
İtaliya millisinin sabiq baş məşqçisi Roberto Mançini Qətərdə işləyəcək.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Əl Sədd”ə baş məşqçi təyin ediləcək. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Tərəflər arasında razılıq əldə edilib və təyinat yaxın zamanda açıqlanacaq.
“Əl Sədd” Qətər çempionatında 6-cı sıradadır.
Mançini son olaraq Səudiyyə Ərəbistanı yığmasında işləyib. O, ötən ilin oktyabrından işsizdir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.