AZ

“TV və canlı jurnalistika” mövzusunda təlim proqramı başlayıb – FOTO

Azərbaycanda televiziya və onlayn media sahəsində fəaliyyət göstərən gənc jurnalistlər üçün “TV və canlı jurnalistika” mövzusunda təlim proqramına start verilib.

Doğru.az xəbər verir ki, təlimin məqsədi gənc media nümayəndələrinin praktik bilik və peşə bacarıqlarını artırmaq, həmçinin canlı efir, reportaj və studiya çıxışları üzrə təcrübələrini təkmilləşdirməkdir.

Proqram çərçivəsində iştirakçılar tanınmış televiziya aparıcıları, redaktorlar və media ekspertləri ilə görüşəcək, operativ xəbər çatdırılması, efir etikası və auditoriya ilə canlı ünsiyyət kimi mövzular ətrafında müzakirələr aparacaqlar.

Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq və ən fəal gənclərin televiziya redaksiyalarında praktika keçməsi imkanı yaradılacaq.

DOĞRU.AZ

image-1762841267286791237_1200x630 image-17628412673028446410_1200x630 image-17628412671333641004_1200x630 image-17628412672477735746_1200x630

Seçilən
23
dogru.az

1Mənbələr