AZ

“Tasnim”: “Azərbaycan bölgədə böyük oyun oynayır”

“Vaşinqtonda keçirilən ABŞ-Mərkəzi Asiya sammiti Ağ Evin İran, Rusiya və Çindən yan keçmək üçün yeni tranzit dəhlizləri yaratmaq səylərini ortaya qoydu. Strategiya “Orta dəhliz”ə və onun “Tramp marşrutu”na (Zəngəzur dəhlizi) qoşulmasını diqtə edir”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər İranın tanınmış Agentliklərindən biri olan “Təsnim”də dərc edilmiş məqalədəndir.

Orada yazılır ki, Azərbaycanın diplomatik addımları və onun planlara uyğunluğu Bakının Amerika oyununda əsas halqa olduğunu göstərir. “Son bir neçə ildə baş verən hadisələrin təhlili göstərir ki, Preziddent İlham Əliyev başda olmaqla Bakı sistemli şəkildə Amerikanın bu planında əsas rol oynamağa hazırlaşır”.

“Tasnim” qeyd edib ki, Azərbaycan təkcə Qafqazda deyil, elə Orta Asiyada da ciddi fiqurdur. “Azərbaycan özünü mühüm nəqliyyat və logistika mərkəzi kimi tanıtmağa çalışarkən, Vaşinqton sammiti nümayiş etdirdi ki, bu səylər ABŞ-ın maraqlarına və Qafqaz və Mərkəzi Asiyanın geosiyasətini yenidən formalaşdırmaq planlarına tam uyğundur. ABŞ eyni vaxtda Xəzər regionunun və onun hüdudlarından kənarda iqtisadi həyatda iştirak etməklə, Orta Dəhliz və Zəngəzur kimi alətlərdən istifadə etməklə Avrasiyada yeni asılılıqlar yaratmağa və ənənəvi güc oxlarını zəiflətməyə çalışır”.

Fərda Uğur

Seçilən
30
1
tribunainfo.az

2Mənbələr