AZ

Balakəndə aliment borcunu ödəməyən ata HƏBS OLUNDU

Lent az saytından alınan məlumata görə, ain.az bildirir.

Balakəndə aliment borcunu ödəməyən kişiyə hökm oxunub.

Lent.az-ın məlumatına görə, 35 yaşlı Seymur Qardaşov 2015-ci ildə ailə həyatı qurub. Onun bu evlilikdən 2015 və 2018-ci illərdə iki oğlan övladı dünyaya gəlib. Lakin ər-arvad bir müddət mehriban yaşasalar da, sonradan münasibətlərin gərginləşməsinə görə 2019-cu ildə ayrılıblar.

Boşanmadan sonra Seymura tapşırılıb ki, hər övladına görə ayda 130, cəmisi 230 manat aliment ödəsin. Lakin Qardaşov bu öhdəliyi yerinə yetirməyib və onun ümumilikdə 17420 manat aliment borcu yaranıb.

Bu borca görə, əvvəlcə Seymurun ölkədən çıxışına qadağa qoyulub. Lakin o, yenə də borcu ödəməyib. Bundan sonra Seymurun keçmiş arvadı məhkəməyə üz tutub. Nəticədə Seymur Qardaşov barəsində Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etməmək) maddəsilə cinayət işi açılıb.

Balakən rayon Məhkəməsinin qərarı ilə Seymur Qardaşov barəsində 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
6
lent.az

7Mənbələr