AZ

Suriya Prezidenti Əhməd əş-Şaraa 11 sentyabr hadisələrində iştirak etməyib

Suriya keçid dövrünün Prezidenti Əhməd əş-Şaraa bəyan edib ki, 2001-ci il 11 sentyabr hadisələrində iştirak etməyib.

O bunu "Fox News" telekanalına müsahibəsində bildirib.

Əş-Şaraanın sözlərinə görə, o zaman hələ onun bölgəsində "Əl-Qaidə" qruplaşması yox idi. Üstəlik, o, hər hansı bir qərar qəbul etmək üçün çox gənc idi.

"Mənim cəmi 19 yaşım var idi, çox gənc idim və o zaman qərar qəbul etmək səlahiyyətim yox idi. Mənim bununla heç bir əlaqəm yoxdur. O vaxt mənim bölgəmdə "Əl-Qaidə" belə yox idi", - deyə Əhməd əş-Şaraa vurğulayıb.

Suriya prezidenti qeyd edib ki, "Əl-Qaidə" ilə əlaqələri artıq keçmişdə qalıb.

Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılmış iki "Boeing 767" təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb. Nəticədə təqribən 3000 insan həlak olub. Hadisənin "Əl-Qaidə" qruplaşması tərəfindən törədildiyi bildirilir.

Əhməd əş-Şaraa bu il noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşün yekunlarına əsasən, tərəflər terrorizmə qarşı birgə mübarizə barədə razılığa gəliblər.
Seçilən
24
3
7news.az

4Mənbələr