AZ

Qazaxıstan özünü nə Qərbin, nə də Şərqin orbitinə bağlayıb ŞƏRH

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

"Astana müstəqil xəttini qoruyur. Bu, əsl dövlətçilik bacarığıdır"

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev noyabrın 11-12-də Rusiyaya iki günlük dövlət səfəri edəcək. Səfər çərçivəsində Tokayev və Rusiya Prezidenti Vladimir Putin arasında “Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə”nin imzalanması planlaşdırılır.

Bu barədə Qazaxıstan lideri “Rossiyskaya Qazeta”da dərc olunan məqaləsində məlumat verib. Tokayev məqaləsində Moskva ilə Astana arasında tərəfdaşlığın Avrasiyada təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynadığını bildirib. O, həmçinin qeyd edib ki, sanksiyalara baxmayaraq, iki ölkə arasında əməkdaşlıq sabit olaraq qalır. Bu səfər Qazaxıstan və Rusiya arasında münasibətlərin mövcud vəziyyətinin və gələcək istiqamətlərinin müzakirəsi baxımından əhəmiyyətli hesab olunur.

Politoloq Tural İsmayılov Sherg.az-a açıqlamasında Tokayevin Moskvaya səfəri və “Hərtərəfli Strateji Müttəfiqlik haqqında Bəyannamə”nin imzalanmasının Qazaxıstan diplomatiyasının çevikliyini və uzaqgörənliyini göstərdiyini söyləyib:

"Astana uzun illərdir regional siyasətdə sabitlik və balans nümunəsidir. Qazaxıstan beynəlxalq münasibətlərdə emosiyadan çox rasionallığa üstünlük verir, bu da onu Mərkəzi Asiyanın ən etibarlı tərəfdaşına çevirib. Tokayevin siyasəti dövlət maraqlarına əsaslanır. O, hər addımında milli suverenliyi qorumağı prioritet sayır. Qazaxıstan indiki çətin geopolitik şəraitdə özünü nə Qərbin, nə də Şərqin orbitinə tam bağlamadan, müstəqil xəttini qoruyur. Bu, əsl dövlətçilik bacarığıdır". 

Politoloq Tokayevin həm daxili sabitliyi, həm də regional nüfuzu qorumağı bacaran lider kimi formalaşdığını bildirib: 

"Qazaxıstanın balanslı siyasəti sayəsində regionda iqtisadi əməkdaşlıq, enerji layihələri və təhlükəsizlik dialoqu davam edir. O, ziddiyyətlərin ortasında körpü rolunu oynayır. Bu isə nadir siyasi qabiliyyətdir. Qazaxıstan bu gün Avrasiyada sabitliyin rəmzi kimi qəbul edilir. Onun siyasətində ehtiyat, diplomatik çeviklik və milli marağa sadiqlik vəhdət təşkil edir. Astana artıq təkcə coğrafi mərkəz deyil, həm də siyasi tarazlığın simvoludur. Tokayev bu siyasətlə Qazaxıstanın beynəlxalq nüfuzunu möhkəmləndirir və dövlətin maraqlarını böyük ustalıqla qoruyur".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
101
sherg.az

1Mənbələr