AZ

“Ərdoğan çox güclü ordusu olan böyük liderdir”

ABŞ Prezidenti Donald Tramp Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı böyük lider olaraq qiymətləndirib.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, Tramp Ərdoğanı güclü ordusu olan bir lider kimi xarakterizə edərək onun Suriyadakı vəziyyətdəki əhəmiyyətli rolunu vurğulayıb. Tramp “Prezident Ərdoğan böyük liderdir və Suriyadakı hadisələrə əhəmiyyətli dərəcədə təsir edir”, – deyə bildirib.

Ağ Ev rəhbəri ABŞ-in Türkiyənin Suriyadakı fəaliyyətlərini dəstəklədiyini qeyd edib. Həmçinin, Tramp Hindistandan da bəhs edərək, bu ölkənin dünyanın ən böyük və qədim sivilizasiyalarından birinə sahib olduğunu vurğulayıb. O, Hindistanla ticarət tariflərini azaltmağı vəd edib.

Seçilən
16
2
konkret.az

3Mənbələr