Suriya keçid dövrünün Prezidenti Əhməd Əl Şaraa bəyan edib ki, 2001-ci il 11 sentyabr hadisələrində iştirak etməyib.
NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, prezident özü bunu “Fox News” telekanalına müsahibəsində bildirib.
Əl Şaraanın sözlərinə görə, o zaman hələ onun bölgəsində “Əl-Qaidə” qruplaşması yox idi. Üstəlik, o, hər hansı bir qərar qəbul etmək üçün çox gənc idi.
“Mənim cəmi 19 yaşım var idi, çox gənc idim və o zaman qərar qəbul etmək səlahiyyətim yox idi. Mənim bununla heç bir əlaqəm yoxdur. O vaxt mənim bölgəmdə “Əl-Qaidə” belə yox idi”, – deyə Əhməd Əl Şaraa vurğulayıb.
Suriya prezidenti qeyd edib ki, “Əl-Qaidə” ilə əlaqələri artıq keçmişdə qalıb.
Xatırladaq ki, 2001-ci il sentyabrın 11-də terrorçular tərəfindən qaçırılmış iki “Boeing 767” təyyarəsi Nyu-Yorkda Ümumdünya Ticarət Mərkəzinin əkiz qüllələrinə çırpılıb. Nəticədə təqribən 3000 insan həlak olub. Hadisənin “Əl-Qaidə” qruplaşması tərəfindən törədildiyi bildirilir.
Əhməd Əl Şaraa bu il noyabrın 9-da Vaşinqtona səfər edib, noyabrın 10-da ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüşün yekunlarına əsasən, tərəflər terrorizmə qarşı birgə mübarizə barədə razılığa gəliblər.