ain.az, Sherg.az portalına istinadən məlumat verir.
Rusiya Prezidenti Vladimir Putinin son görüntüləri beynəlxalq mediada böyük maraq doğurub.
Sherg.az xəbər verir ki, ABŞ mətbuatı, 73 yaşlı liderin “gizli bir xəstəliklə mübarizə apardığı” iddialarını yenidən gündəmə gətirib.
Newsweek yazır ki, Putinin son tədbirdə çəkilən fotolarında onun əllərinin şiş, göyərmiş və damarlarının qabarmış olduğu görünür. Sosial şəbəkələrdə isə “Putin xəstədir?” sualı yenidən müzakirə mövzusuna çevrilib.
Ukrayna rəsmiləri və jurnalistləri, Putinin fiziki vəziyyətində “narahatedici dəyişikliklər” olduğunu iddia edirlər. Ukrayna mediası isə bu görüntüləri xərçəng və ya Parkinson xəstəliyi ehtimalları ilə əlaqələndirir.
Kreml isə hər zamanki kimi səssizliyini qoruyur və iddialara münasibət bildirmir. Buna baxmayaraq, Putinin əllərindəki dəyişikliklər “Rusiya liderinin səhhəti ilə bağlı nə baş verir?” sualını bir daha gündəmə gətirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.