AZ

Kadr çatışmazlığı Ukraynaya baha başa gəlir: Pokrovsk təhlükədə

Ukrayna personal çatışmazlığı səbəbindən Pokrovsk şəhərini itirə bilər.

Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Keçmiş müdafiə nazirinin müavini Vitali Deyneqa vəziyyəti “çətin və nəzarətsiz” kimi qiymətləndirib.

Hərbçilər və ekspertlər bildirirlər ki, şəhəri qorumaq üçün kifayət qədər əsgər və döyüş texnikası mövcud deyil.

Kadr çatışmazlığı səngimədən davam edən təxribatlar və 1000 kilometrlik cəbhə boyunca hərbi bölmələrin dağınıqlığı ilə daha da ağırlaşır. Bəzi ərazilər yalnız pilotsuz uçuş aparatları vasitəsilə nəzarət altındadır. Ekspertlər xəbərdarlıq edirlər ki, şəhəri nəyin bahasına olursa olsun saxlamaq cəhdləri xaosa səbəb ola bilər və vətəndaşların orduya qoşulmaq istəksizliyini artıra bilər.

Musavat.com

Seçilən
18
musavat.com

1Mənbələr