AZ

"Cəmi 18 yaşı var və bu yaşda nə edəcəyini necə bilə bilər?"

“Real”ın sabiq yarımmüdafiəçisi Sami Kxedira “Barselona”nın hücumçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Yamalın cəmi 18 yaşı var. Bu yaşda nə edəcəyini necə bilə bilər? Bəli, bəzən sözlərində daha diqqətli olmalıdır.

Klubdakı yaxın çevrəsi ona bu cür vəziyyətlərdən qaçmağa kömək etməlidir. Bu oğlanı izləmək çox xoşdur, meydandakı hərəkətləri bütün futbol azarkeşlərinə sevinc gətirir”.

Yamal son “el klasiko”da oyundan əvvəl “Real” haqqında xoşagəlməz ifadələr işlətməklə mübahisələrə səbəb olmuşdu.

Seçilən
15
sportinfo.az

1Mənbələr