AZ

Türkiyə və Misir Qəzzanı MÜZAKİRƏ EDƏCƏK

Türkiyə və Misir xarici işlər nazirləri sabah Ankarada Qəzza zolağında atəşkəsi və müharibədən sonra anklavın yenidən qurulması üçün beynəlxalq səyləri müzakirə edəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Türkiyə xarici işlər naziri Hakan Fidan çərşənbə günü ABŞ-ın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının növbəti addımlarını müzakirə etmək üçün misirli həmkarı Bədr Abdel Atini qəbul edəcək.

H.Fidan görüşdə Fələstin tərəfinin atəşkəsə əməl etdiyini, İsrailin pozuntularına baxmayaraq prosesi müsbət idarə etdiyini vurğulayacaq.

O, həmçinin dünya güclərinin Qəzza zolağının yenidən qurulmasına dəstək verməsinin vacibliyini qeyd edəcək və Türkiyənin bu səylərdə iştirak təklifini təkrarlayacaq.

Nazirlər həmçinin Birgə Planlaşdırma Qrupunun ilk iclasını keçirəcəklər.

Musavat.com

Seçilən
15
musavat.com

1Mənbələr