AZ

Türkiyə və Misir sabah Qəzzada atəşkəsi müzakirə edəcəklər

Türkiyə

Türkiyə və Misir xarici işlər nazirləri sabah Ankarada Qəzza zolağında atəşkəs rejimini və müharibə bitdikdən sonra anklavın bərpası üçün beynəlxalq səyləri müzakirə edəcəklər.

Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-nin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs sazişinin mümkün növbəti mərhələləri barədə danışıqlar üçün noyabrın 12-də misirli həmkarı Badr Abdelattini qəbul edəcək.

H.Fidan bəyan edəcək ki, fələstinlilər atəşkəs şərtlərinə riayət edir və İsrail tərəfindən pozuntulara baxmayaraq, prosesi müsbət şəkildə idarə edir. Eyni zamanda, o, dünya dövlətlərinin anklavın bərpasına yardım göstərmələrinin vacibliyini qeyd edəcək.

Həmçinin, bildirilib ki, nazirlər Birgə Planlaşdırma Qrupunun ilk iclasını keçirəcəklər.

Seçilən
9
3
xalqcebhesi.az

4Mənbələr